Çin Kanadanın bəzi mallarına tariflər tətbiq edəcək

Dünya

08.03.2025 11:15

2177

Aparılan araşdırmadan sonra Çin hakimiyyəti Kanadadan gələn bəzi mallara əlavə rüsumlar tətbiq etmək qərarına gəlib. 

TodayPress xəbər verir ki, bu barədə Çin Xalq Respublikasının Ticarət Nazirliyi məlumat yayıb. 

Qərara görə, 2025-ci il martın 20-dən Kanadadan idxal olunan bəzi mallara əlavə rüsumlar tətbiq ediləcək.   

Qeyd olunub ki, Kanada tərəfindən görülən tədbirlər ayrı-seçkilik mahiyyəti daşıyır və Çin müəssisələrinin qanuni hüquq və maraqlarına zərər verir.

Buna görə, Çin Kanadanı yanlış siyasətini dəyişməyə çağırıb. 

Türkan İsgəndərli

tag: Çin,Kanada ,Tarif,Gömrük,Rüsum,Todaypress.az,