Çin Kanadanın bəzi məhsullarına gömrük rüsumu tətbiq edəcək

Dünya

10.03.2025 14:43

1508

Çin martın 20-dən etibarən Kanadadan idxal edilən bəzi kənd təsərrüfatı məhsullarına gömrük rüsumu tətbiq edəcəyini açıqlayıb. 

TodayPress xəbər verir ki, bu barədə Çin Dövlət Şurasının Gömrük Tarifləri Komitəsi məlumat yayıb.

Yeni tariflərə görə, 100% rüsum göyərti, kolza yağı və şrot üzərində tətbiq olunacaq, 25% isə akva məhsulları və donuz əti üzərində olacaq.

Qeyd edək ki, Çin ABŞ-dən sonra Kanadanın ikinci ən böyük ticarət tərəfdaşıdır. 2024-cü ildə Kanada Çinə 47 milyard dollar dəyərində məhsul ixrac edib. 

Qiymət Mahir

tag: Çin,Kanada,Gömrük,Rüsum,Məhsul,Todaypress.az,