Çin kömür idxalına nəzarəti yenidən başladacaq
Çin kömür bazarındakı həddindən artıq təklifin artması ilə əlaqədar kömür idxalına nəzarəti yenidən tətbiq edə bilər.
TodayPress xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.
Çinin Ümumdünya Ticarət Təşkilatına öhdəlikləri nəzərə alınaraq tam qadağa mümkün olmasa da, idxala gecikmələr və yoxlamalar tətbiq edilə bilər.
Qeyd edək ki, Çin 2022-ci ildə 300 milyon ton kömür idxalına məhdudiyyət qoyub, 2023-cü ildə bu rəqəm 543 milyon tona çatıb.
Nəticədə kömür qiymətləri sürətlə azalmağa başlayıb, mədənlərin gəlirliliyi isə aşağı düşüb.
Həmçinin 2021-ci ildən bəri, ölkənin termik kömür qiymətləri ən aşağı səviyyəyə düşüb.
Nicat Osman
tag: Çin,Kömür,İdxal,Mədən,todaypress.az,