Çin kosmik gəmisinin enişi təxirə salındı
Üç taykonavtın olduğu Çin kosmik gəmisi “Şençjou-19”un enişi əlverişsiz hava şəraiti səbəbilə təxirə salınıb.
TodayPress xəbər verir ki, Çin Xalq Respublikasının Pilotlu Kosmik Uçuşlar Proqramı İdarəsi (CMSA) bu barədə rəsmi məlumat yayıb.
Qurum bildirib ki, hava şəraiti eniş üçün tələb olunan standartlara uyğun gəlməyib və bu səbəbdən əməliyyat yaxın günlərə ertələnib.
Təhlükəsizliyin təmin olunması və missiyanın uğurla başa çatması məqsədilə konkret tarix göstərilməyib.
Qiymət Mahir
tag: Çin,Kosmik gəmi,Kosmos,Pilot,todaypress.az,