Çin malları dünya iqtisadiyyatını çökdürə bilər
Almaniyanın İqtisadiyyat nazirinin səlahiyyətlərini icra edən Robert Habek ucuz Çin mallarının Avropaya axacağı barədə xəbərdarlıq edib.
TodayPress xəbər verir ki, o, buna səbəbin ABŞ administrasiyasının idxal mallarına rüsum tətbiq etməsi olduğunu bildirib.
Nazir ucuz mal axınının Avropa bazarlarının çökməsinə səbəb ola biləcəyini deyib.
Bildirib ki, Avropa İttifaqı artıq güclü deflyasiya təzyiqi yaşayacaq.
Habek hesab edir ki, Çin malları istehlakçılar üçün getdikcə daha cəlbedici olacaq. Bu, bəzi sənaye sahələrinin məhvinə səbəb olacaq.
Türkan İsgəndərli
tag: Çin,ABŞ,Almaniya,Ticarət,Todaypress.az,