Çin Myanmaya humanitar yardım göndərdi

Dünya

29.03.2025 16:57

1193

Çinin Qırmızı Xaç Cəmiyyəti dağıdıcı zəlzələdən sonra Myanmaya təcili humanitar yardım göndərib. 

TodayPress xəbər verir ki, bu barədə təşkilat "WeChat" sosial şəbəkə hesabında məlumat yayıb. 

Təcili humanitar yardıma zərərçəkmiş 2000 ailə üçün 300 çadır, 2000 adyal, 600 çarpayı və tibbi dəst daxildir. 

Çin xeyriyyə təşkilatının xilasedici qrupu da yardım göstərmək üçün lazımi avadanlıqla birlikdə Myanmaya göndərilib.   

Xatırladaq ki, martın 28-də Myanmada güclü zəlzələ baş verib.

Tailand Meteorologiya İdarəsinin məlumatına görə, təbii fəlakətin maqnitudası 8,2 bal olub. Nəticədə 1000-dən çox insan ölüb.   

Türkan İsgəndərli

tag: Çin,Myanma,Humanitar,Uardım,Todaypress.az,