Çin nəhəng hidroplanı istismara verdi
Çin Mülki Aviasiya Baş İdarəsi (CAAC) dünyanın ən böyük mülki hidroplanı olan “AG600M” “Kunlun”a nəqliyyat vasitəsi kimi rəsmi tip sertifikatı verib.
TodayPress xəbər verir ki, bu barədə “Naked Science” məlumat verib.
Beləliklə, Çin Aviasiya Sənayesi Korporasiyası (AVIC) tərəfindən hazırlanmış bu təyyarə rəsmi olaraq istismara buraxılıb.
İki il ərzində aparılmış sınaqlar zamanı bir neçə “AG600M” təyyarəsi 2000-dən çox uçuş həyata keçirib, 10 000-dən artıq parametr üzrə yoxlamadan keçib və ümumi uçuş müddəti 3560 saat təşkil edib. Bu göstəricilər Çin aviasiyası tarixində rekord sayılır.
“AG600M” layihəsi Çinin iri miqyaslı milli proqramlarından biri olub. Onun hazırlanmasında 292 müəssisə və 16 universitet iştirak edib.
“AG600M” müasir dövrün ən böyük hidroplanı hesab olunur. O, 12 tona qədər su daşımaq və 4500 kilometrədək məsafəni qət etmək imkanına malikdir.
Qiymət Mahir
tag: Çin,Hidroplan,AG600M,Aviasiya,todaypress.az,