Çin nüvə energetikasında dünya lideri oldu

Dünya

27.04.2025 10:51

12

Çin, nüvə elektrik stansiyalarının ümumi quraşdırılmış gücünə görə dünyada birinci yerə yüksəlib.

TodayPress xəbər verir ki, bu barədə Çin Nüvə Enerjisi Assosiasiyası məlumat yayıb.

Bildirilir ki, ölkənin ümumi nüvə gücü 113 milyon kilovata çatıb.

Hazırda Çində işləyən, tikilməkdə olan və tikintisinə icazə verilən 102 nüvə enerji bloku var. Bunlardan 58-i kommersiya məqsədli, 28-i isə tikintisi davam edən bloklardır. 2024-cü ildə Çzyansu, Şandun və Quandun əyalətlərində daha 11 nüvə enerji blokunun tikintisinə icazə verilib.

Ötən il Çindəki nüvə elektrik stansiyaları 444,7 milyard kilovatsaat enerji istehsal edib, bu da ümumi elektrik istehsalının 4,72 faizini təşkil edir. Çində nüvə enerjisindən istifadə, ildə 334 milyon ton karbon qazı emissiyasını əngəlləyir.

Türkan İsgəndərli

tag: Çin,Nüvə,AES,Dünya,todaypress.az,