Çin ordusu genişmiqyaslı hərbi təlimlərə başladı
Çin genişmiqyaslı hərbi təlimlərə başlayıb.
TodayPress xəbər verir ki, bu barədə Çin Silahlı Qüvvələrinin Şərq Əməliyyatları Komandanlığı məlumat yayıb.
Təlimlərə raket, quru və dəniz qüvvələri qoşulacaq.
Bildirilir ki, bu məşqlərin məqsədi Tayvanın müstəqillik istəklərinin qarşısının alınacağı barədə xəbərdarlıqdır.
Tayvan Müdafiə Nazirliyi də Çin təyyarədaşıyan qrupunun adaya yaxınlaşmasına cavab olaraq yerüstü raket sistemlərini işə saldığını, bölgədə döyüş gəmiləri və təyyarələri yerləşdirdiyini açıqlayıb.
Türkan İsgəndərli
tag: Çin,Ordu,Hərbi,Təlim,Tayvan,Təhdid,Todaypress.az,