Çin öz missiyalar planını açıqlayır

Dünya

28.03.2025 16:55

2398

Çin Milli Kosmik Administrasiyasının Dərin Kosmik Tədqiqatlar Laboratoriyası “Weibo”da Günəş sistemindəki planet və peyklərə missiya göndərmək planlarını açıqlayıb.   

TodayPress xəbər verir ki, bu barədə “SpaceNews” nəşri məlumat verib.   

Bildirilib ki, “Tianwen-3” avtomatik planetlərarası stansiyasının buraxılması 2028-ci ilin sonuna planlaşdırılır.

Bu missiyanın bir hissəsi kimi Çin Mars torpağından nümunələri Yerə çatdırmağa ümid edir.   

Digər kosmik gəmi olan "Tianwen-4"ün buraxılışı isə 2029-cu ilə planlaşdırılır. Bu missiya Yupiter və onun peyklərini, xüsusən də Kallistonu öyrənməyi planlaşdırır.   

Aysel Mətləb

tag: Çin,Missiya,Mars,Kosmos,Günəş Sistemi,Todaypress.az,