Çin Panama kanalı limanlarının alınmasını araşdıracaq

Dünya

30.03.2025 09:40

2373

Çinin Dövlət Bazar Tənzimləmə İdarəsi (SAMR) Honq-Konq şirkəti “CK Hutchison” tərəfindən Panama kanalındakı iki limanın – Balboa və Kristobalın ABŞ-li investorlar konsorsiumuna satışı ilə bağlı araşdırma başladır. 

TodayPress xəbər verir ki, bu barədə “Ta Kung Pao” quruma istinadən məlumat yayıb.

“Biz bu razılaşmaya diqqət yetirmişik və bazarda ədalətli rəqabətin, ictimai maraqların qorunması məqsədilə qanunvericiliyə uyğun araşdırma aparacağıq” deyə qurumun açıqlamasında bildirilib.

“Financial Times” yazır ki, Çin hakimiyyəti hazırda məlumat toplayır və qarşıdakı həftə bu məsələ ilə bağlı rəsmi istintaqa başlaması gözlənilir. Ekspertlər bu alışın daxili və beynəlxalq bazarlarda rəqabətə necə təsir edəcəyini qiymətləndirəcəklər.

Qiymət Mahir

tag: Çin,Pamana,Kanal,Araşdırma,ABŞ,todaypress.az,