Çin qadınların qlobal sammitini keçirəcək
Çin 2025-ci ilin ikinci yarısında Pekində gender bərabərliyi və qadınların səlahiyyətlərinin artırılması üzrə Qlobal Liderlərin Görüşünə ev sahibliyi edəcək,
TodayPress xəbər verir ki, bu barədə Çinin xarici işlər naziri Van İ Milli Qanunverici Orqanın davam edən illik sessiyası çərçivəsində keçirilən mətbuat konfransında məlumat verib.
“1995-ci ildə Pekində keçirilən Qadınlar üzrə Ümumdünya Konfransdan ötən 30 il ərzində Çin konkret tədbirlər vasitəsilə qadınların inkişafının qlobal işinin irəliləməsinə rəhbərlik edib” deyə o, bildirib.
Nazir əlavə edib ki, Çin gender bərabərliyini dəstəkləyib və qadınların hərtərəfli inkişafına həsr olunmuş milli fəaliyyət planlarını həyata keçirib.
“Bu il insanlar dünya miqyasında qadınların inkişafı ilə bağlı əsas məsələləri müzakirə etmək üçün yenidən Pekində toplanacaqlar” deyən Van İ Beynəlxalq Qadınlar Günü ərəfəsində qadınlara bayram təbriklərini çatdırıb.
Aysel Mətləb
tag: Çin,Qadınlar,Qlobal,Sammit,Pekin,Todaypress.az,