Çin Rusiya və İranla əməkdaşlığı dərinləşdirəcək

Dünya

14.03.2025 12:03

2827

"Çin, Rusiya və İran digər ölkələrə zərər vermədən mübadilə və əməkdaşlığı davamlı olaraq dərinləşdirəcəklər".   

TodayPress xəbər verir ki, bunu İranın nüvə proqramı ilə bağlı Çin-Rusiya-İran formatında keçirilən görüşün yekunları üzrə Çin Xarici İşlər Nazirliyinin rəhbəri Van Yi deyib.   

"Çinin Rusiya və İranla yaxşı ikitərəfli əlaqələri var və ölkələrimiz Şanxay Əməkdaşlıq Təşkilatının və BRICS-in mühüm üzvləridir. Biz bloklara qoşulmamaq, qarşıdurma yaratmamaq, beynəlxalq əməkdaşlığın gücləndirilməsi, əməkdaşlığın möhkəmləndirilməsi və inkişafı üçün davamlı olaraq töhfə verməyə hazırıq" o bildirib. 

Türkan İsgəndərli

tag: Çin,Rusiya,XİN,Saziş,Todaypress.az,