Çin Rusiyadan neft idxalını azaldır

Dünya

20.03.2025 12:40

2824

Bu ilin ilk iki ayında Çin Rusiya neftinin idxalını illik müqayisədə 12,6 faiz azaldaraq 15,47 milyon tona çatdırıb.   

TodayPress xəbər verir ki, bu barədə Çinin Baş Gömrük İdarəsi məlumat yayıb. 

İdarənin elektron sistemində dərc olunan məlumatlara görə, Rusiyadan neft tədarükü 17,5 faiz azalaraq 8,36 milyard təşkil edib.

Bununla belə Rusiya Çinə neft tədarük edən onlarla ölkə arasında hələ də birinci yerdədir. 

Siyahıda Rusiyadan sonra Səudiyyə Ərəbistanının (11,65 milyon ton idxal edən) olduğu qeyd edilir. Üçüncü yerdə İraq (10,3 milyon ton), ondan sonra isə Malayziya (9,87 milyon ton) və Oman (6,06 milyon ton) qərarlaşıb.

Töhfə Səməd

tag: Çin,Neft,Rusiya,İdxal,Todaypress.az,