Çin Rusiyanın təklifini dəyərləndirdi
Çin Xarici İşlər Nazirliyi Rusiyanın Qələbə Gününün 80-ci ildönümü ilə bağlı elan etdiyi üç günlük atəşkəs rejimini dəstəklədiyini bildirib.
TodayPress xəbər verir ki, bu barədə XİN rəsmisi Quo Jiakun deyib.
Onun sözlərinə görə, Pekin sülhü təşviq edən bütün səyləri dəstəkləyir və tərəfləri münaqişəni danışıqlar yolu ilə həll etməyə çağırır.
Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putin Ukrayna ilə mayın 8-dən 11-dək atəşkəs elan edib.
Türkan İsgəndərli
tag: Çin,Nazir,Rusiya,Ukrayna,todaypress.az,