Çin Rusiyaya silah tədarükü ittihamlarını rədd etdi

Dünya

18.04.2025 14:50

13

Çin Xarici İşlər Nazirliyi Ukraynanın Rusiyaya silah tədarükü ilə bağlı ittihamlarına cavab verib. 

TodayPress xəbər verir ki, bu barədə nazirliyin sözçüsü Lin Jian bildirib. 

O, Ukrayna prezidenti Volodimir Zelenskinin Çinin Rusiyaya silah verməsi ilə bağlı ittihamını əsassız adlandırıb.

Nazir Çinin heç vaxt Ukrayna böhranında iştirak edən heç bir tərəfə öldürücü silah vermədiyini bildirib. 

Türkan İsgəndərli


tag: Çin,Rusiya,Ukrayna,Silah,Todaypress.az,