Çin rüsumlara görə ABŞ-də zavodlar açır

Dünya

27.04.2025 11:12

10

Çinli istehsalçılar ABŞ ilə artan ticarət gərginliyindən yayınmaq üçün istehsallarını Amerikaya köçürməyə başlayıblar.

TodayPress xəbər verir ki, bu barədə "South China Morning Post" məlumat yayıb.

Bildirilir ki, kimya məhsullarından suvenirlərə qədər bir çox sahədə fəaliyyət göstərən şirkətlər bu yolla bazarlarını qorumağa çalışırlar.

ABŞ-də Çin müəssisələrinin lokallaşmasına yardım edən Zhu Ning qeyd edib ki, yalnız son dörd ayda 100-dən çox sorğu alıb. Bu, ötən ilin ümumi göstəricisinə bərabərdir.

Türkan İsgəndərli

tag: Çin,ABŞ,Rüsum,Zavod,todaypress.az,