Çin səfiri ABŞ-yə çağırış etdi

Dünya

27.03.2025 10:36

1797

“Pekin Çin-ABŞ münasibətlərində yeni mərhələyə qədəm qoyulduğunu hesab edir və bu kontekstdə Vaşinqtonun konstruktiv addımlar atacağına ümid edir”. 

TodayPress xəbər verir ki, bu fikirləri Çinin ABŞ-dəki səfiri Se Fen “RİA”ya açıqlamasında səsləndirib. 

Diplomat qeyd edib ki, Çin tərəfi qarşılıqlı hörmət, dinc yaşamaq və qarşılıqlı faydalı əməkdaşlıq prinsiplərinin qorunmasını vacib sayır: 

“Çin-ABŞ münasibətləri yeni və mühüm bir mərhələyə çatıb. İndiki şəraitdə daha çox keçilən yola nəzər salmaq və irəliyə baxmaq lazımdır” deyə o vurğulayıb.   

Qiymət Mahir

tag: Çin,Səfir,ABŞ,Çağırış,Todaypress.az,