Çin sülhməramlılarının Ukraynaya göndərilməsinə veto qoyula bilər
Rusiya Federasiyası BMT Təhlükəsizlik Şurasının daimi üzvü kimi Çinin Ukraynaya sülhməramlı qüvvə göndərməsi təşəbbüsünü veto hüququ ilə dayandıra bilər.
TodayPress xəbər verir ki, bu barədə “South China Morning Post” (SCMP) yazıb.
Nəşr qeyd edib ki, Rusiya əvvəldən Avropa sülhməramlılarına qarşı çıxır və vəziyyətin yalnız Moskvanın şərtləri ilə tənzimlənməsini istəyir.
Bu baxımdan Çin kontingentinin iştirakı ilə irəli sürülən sülhməramlı təşəbbüs ciddi diplomatik maneələrlə üzləşə bilər.
SCMP həmçinin vurğulayır ki, BMT-nin rəsmi mandatı olmadan Çin tərəfinin belə bir missiya həyata keçirməsi üçün hüquqi baza mövcud deyil.
Bundan əvvəl Çin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Qo Tsyakün bildirmişdi ki, Pekinin Ukraynada münaqişədən sonra sülhməramlı missiyada iştirak etməsi ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir.
Qiymət Mahir
tag: Çin,Sülhməramlı,Ukrayna,Veto,Todaypress.az,