Çin tariflərdən qorunmaq üçün yol tapdı

Dünya

05.05.2025 17:50

16

Çin şirkətləri ABŞ prezidenti Donald Trampın tətbiq etdiyi yüksək gömrük rüsumlarından yayınmaq üçün mallarını üçüncü ölkələr vasitəsilə ABŞ-yə göndərməyə başlayıb.

TodayPress xəbər verir ki, bu barədə “Financial Times” yazır. 

Nəşrin məlumatına görə, Çin sosial şəbəkələrində reklam edilən xidmətlər vasitəsilə mallar əvvəlcə Malayziya kimi ölkələrə göndərilir, orada onlara yeni mənşə sertifikatı verilir və daha sonra ABŞ-yə yola salınır.

ABŞ-nin ticarət qanunvericiliyinə əsasən, bu cür hallarda mal yalnız “əhəmiyyətli transformasiya” – yəni emal və ya yenidən istehsal olunduğu halda yeni mənşə ölkəsi statusu ala bilər.

Qiymət Mahir

tag: Çin,ABŞ ,Donald Tramp,Rüsum,todaypress.az,