Çin “TikTok” ilə bağlı sazişi rüsumlara görə blokladı

Dünya

05.04.2025 12:30

2150

Çin hakimiyyəti ABŞ-də “TikTok”un ayrıca bir şirkətə çevrilməsi barədə razılaşmanı təsdiqləməyib. 

TodayPress xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb. 

Qərarın ABŞ prezidenti Donald Trampın Çin məhsullarına qarşı açıqladığı yeni gömrük rüsumları ilə bağlı olduğu bildirilir.

“Çin tərəfi Trampın qarşılıqlı rüsumlar elan etməsindən sonra razılaşmanı təsdiqləməyəcəyini açıq şəkildə bildirib”  deyə agentliyin məlumatında vurğulanır.

Qiymət Mahir

tag: Çin,TikTok, Platforma,Blok,Todaypress.az,