Çin “TikTok”u ABŞ-yə satmaqdan imtina etdi

Dünya

09.04.2025 16:40

18

“TikTok”un satışına dair hər hansı biznes təklifi və ya müqavilə Çin qanunvericiliyinə uyğun şəkildə həyata keçirilməlidir”.   

TodayPress “RİA”ya istinadən xəbər verir ki, bunu Çin Ticarət Nazirliyi rəsmi açıqlamasında deyib.   

Məlumatda bildirilib ki, texnologiya ixracına dair müqavilələr qanunlara əsaslanmalı və Çin hökuməti tərəfindən yoxlanılaraq təsdiqlənməlidir.   

Nazirlik əlavə edib ki, Pekin bazar iqtisadiyyatı prinsiplərini pozan, şirkətlərin hüquqlarına zərər verən və qanunsuz yollarla qəsb edənlərin əleyhinədir.   

Həmçinin ABŞ prezidenti Donald Tramp jurnalistlərlə söhbətində “TikTok”un ABŞ-də satışı ilə bağlı razılaşmanın ticarət tariflərinə görə pozulduğunu bildirib.   

Aysel Mətləb

tag: Çin,ABŞ,TikTok,Platforma,Todaypress.az,