Çin Trampın tariflərinə qarşı "cavab atəşi" açacaq
Çin hakimiyyəti ABŞ prezidenti Donald Trampın 104% tariflərinə cavab olaraq "cavab atəşinə" hazırlaşır.
TodayPress xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Lin Cian bildirib.
"Biz qanuni hüquq və maraqlarımızı qorumaq üçün qəti və təsirli tədbirlər görməyə davam edəcəyik" o, Çin məhsullarına tarifləri 104% səviyyəsində saxlamaq niyyətində olan Ağ Ev rəhbərinin proteksionist tədbirlərini şərh edərək vurğulayıb.
Töhfə Səməd
tag: ABŞ,Tramp,Çin,Tarif,Todaypress.az,