Çin Ukrayna münaqişəsinin həlli üçün danışıqları vacib hesab edir
“Ukrayna münaqişəsinin nizamlanması danışıqlar prosesinə əsaslanmalıdır”.
TodayPress vəbər verir ki, bu barədə Çinin xarici işlər naziri Van İ Pekində Ümumçin Xalq Nümayəndələri Konqresinin sessiyasında jurnalistlərə deyib.
"Danışıqlar münaqişənin son nöqtəsidir və onlar həm də sülhün bərpasının başlanğıcıdır” deyə o, bildirib.
Diplomat qeyd edib ki, Çin Ukraynada vəziyyətin sülh yolu ilə nizamlanmasına yönəlmiş bütün səyləri alqışlayır.
Eyni zamanda Van İ əlavə edib ki, bir ölkənin təhlükəsizliyi digər ölkənin təhlükəsizliyinin olmaması üzərində qurula bilməz.
Aysel Mətləb
tag: Ukrayna,Çin,Van İ,Sülh,todaypress.az,