Çin Ukraynada sülh danışıqlarını dəstəkləyir

Dünya

16.02.2025 14:50

1328

“Çin Ukraynada sülhə aparan bütün təşəbbüsləri dəstəkləyir və münaqişənin tezliklə danışıqlar yolu ilə həllini istəyir”. 

TodayPress xəbər verir ki, bunu Çin Xalq Respublikasının xarici işlər naziri Van İ Münhen Təhlükəsizlik Konfransında Ukraynanın xarici işlər naziri Andrey Sibiqa ilə görüşü zamanı bildirib.

“Çin sülhə nail olmağa yönəlmiş bütün səyləri dəstəkləyir və hər kəs üçün məqbul, ədalətli, uzunmüddətli və məcburi sülh sazişinin əldə olunmasını arzulayır” deyə o vurğulayıb.

Nazir əlavə edib ki, Çin siyasi həll yolunda və sülhün bərqərar edilməsində konstruktiv rol oynamağa hazırdır. Pekin bu məsələdə Çin lideri Si Cinpinin irəli sürdüyü prinsipləri əsas götürəcək.

Van İ həmçinin Çin və Ukrayna arasında iqtisadi əlaqələrin inkişafına önəm verdiklərini və bu sahədə maneələri aradan qaldırmağa hazır olduqlarını bildirib.

“Çin Ukraynanı dost və tərəfdaş kimi görür, iki ölkə arasındakı əlaqələri uzunmüddətli perspektivdə inkişaf etdirmək niyyətindədir” deyə o qeyd edib.

Qiymət Mahir

tag: Çin,Ukrayna,Dünya,Van İ,todaypress.az,