Çin Ukraynaya sülhməramlı göndərməyəcək
"Çin ilə Avropanın Ukraynada sülhməramlı missiyada iştirakının mümkünlüyünü müzakirə etmə xəbərləri yalandır".
TodayPress xəbər verir ki, bunu Çin Xarici İşlər Nazirliyinin sözçüsü Quo Jiakun deyib.
Onun sözlərinə görə, Çinin Ukrayna ilə bağlı mövqeyi aydındır.
Qeyd edək ki, bundan əvvəl "Welt am Sonntag" qəzeti yazıb ki, Çin Ukraynadakı sülhməramlı missiyaya qoşula bilər.
Türkan İsgəndərli
tag: Çin,Ukrayna,Sülhməramlı,Ordu,Todaypress.az,