Çin ÜTT mübahisəsinə başlayır

Dünya

08.04.2025 19:24

14

Çin, ABŞ-nin tətbiq etdiyi yeni gömrük rüsumları ilə bağlı Ümumdünya Ticarət Təşkilatının (ÜTT) mübahisələrin həlli orqanında məsləhətləşmələrə başlayıb. 

TodayPress xəbər verir ki, bu barədə ÜTT-nin saytında dərc olunan bəyanatda bildirilib. 

"Çin, ABŞ-nin aprelin 5-dən başlayaraq bütün ticarət tərəfdaşlarından idxala əlavə 10%, Çindən idxala isə 34% əlavə rüsum tətbiq etməsi ilə əlaqədar ÜTT-dən məsləhətləşmələr tələb edib" deyə sənəddə qeyd edilib. 

Xatırladaq ki, Çin, ABŞ-nin bu hərəkətinə cavab olaraq aprelin 10-dan etibarən ABŞ-dən gələn bütün idxal mallarına 34% əlavə rüsum tətbiq edəcəyini açıqlayıb. 

 Aysel Mətləb

tag: Çin, Ümumdünya Ticarət Təşkilatı,ABŞ,Rüsum,Todaypress.az,