Çin və Avstriya beynəlxalq hüququ və çoxtərəfliliyi müdafiə edəcək

Dünya

16.02.2025 17:00

1307

Çinin xarici işlər naziri Van İ Münhen Təhlükəsizlik Konfransı çərçivəsində Avstriyanın müvəqqəti kansleri və xarici işlər naziri Aleksander Şallenberqlə görüşüb. Görüşdə Van İ Çin və Avstriyanın çoxtərəfliliyin qorunması, BMT-nin nüfuzunun saxlanılması, beynəlxalq hüququn müdafiəsi və birtərəfli zorakılığın rədd edilməsi istiqamətində birgə fəaliyyət göstərməyə hazır olduğunu bildirib.

TodayPress xəbər verir ki, bu barədə “Xinhua” məlumat yayıb.

Van İ dünyanın hazırda təhlükəsizlik və iqtisadi risklərlə üzləşdiyini, beynəlxalq ictimaiyyətin isə sülh və sabitliyə ehtiyac duyduğunu vurğulayıb. O, Avstriyanın beynəlxalq məsələlərdə neytrallıq prinsipini qoruyaraq vasitəçi rolunu oynadığını qeyd edib və Çin-Avstriya münasibətlərinin daha da inkişafına dəstək verdiyini bildirib.

Öz növbəsində Şallenberq Avstriya və Çinin bir-birinə hörmətlə yanaşdığını və çoxtərəfli məsələlərdə sıx əməkdaşlıq etdiyini bildirib. O, sənaye və tədarük zəncirlərinin kəsilməsinin tərəflərin maraqlarına uyğun olmadığını, açıq əməkdaşlığın inkişaf və rifah üçün əsas olduğunu qeyd edib.

Qiymət Mahir

tag: Çin,Van İ,Münhen,Avstriya,todaypress.az,