Çin XİN: Çin Rusiyaya silah tədarük etməyib

Dünya

17.03.2025 13:15

2281

"Çin heç vaxt Ukrayna münaqişəsinin iştirakçılarına silah və ya ikili təyinatlı mallar təqdim etməyib". 

TodayPress xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mao Ninq bildirib. 

O, bildirib ki, Çin Ukrayna məsələsində həmişə fəal şəkildə sülh və dialoqun tərəfdarı olub, heç vaxt münaqişə tərəflərinə öldürücü silah təqdim etməyib. 

Diplomat məsuliyyəti Çinin üzərinə atmaq cəhdlərin olduğunu bildirib.   

Qeyd edək ki, G7 xarici işlər nazirləri İran, Çin və Şimali Koreyanın Rusiyaya hərbi dəstək verdiyini pisləyən birgə bəyanat yayıblar. 

Türkan İsgəndərli

tag: Çin,XİN,Rusiya,Silah,Tədarük,Todaypress.az,