Çin XİN rəhbəri nüvə arsenalının azaldılmasından danışdı

Dünya

01.04.2025 12:17

1968

“Nüvə silahsızlaşdırılması ilə bağlı öhdəlikləri xüsusi və prioritet şəkildə yerinə yetirməli olan tərəf bu cür silaha ən çox sahib olandır”.

TodayPress xəbər verir ki, bu fikirləri Çin Xalq Respublikasının xarici işlər naziri Van Yi “RIA Novosti”yə verdiyi müsahibədə səsləndirib.

Nazir bildirib ki, qlobal və hərtərəfli nüvə silahsızlaşdırılması üçün ilkin şərait yaradılmalı və bu məsuliyyəti ilk növbədə nüvə arsenalı ən güclü olan dövlətlər daşımalıdır.

Qeyd edək ki, martın 6-də ABŞ prezidenti Donald Tramp nüvə silahlarından azad dünya çağırışı ilə çıxış edib.

O, Rusiya ilə denuklearizasiya danışıqlarına başlamaq istədiyini bəyan edib.

“Ən çox nüvə silahı Rusiyada və bizdədir. Çində isə bu silahlar 4-5 ilə bizim səviyyəmizə çata bilər” deyə Tramp vurğulayıb. 

 Qiymət Mahir

tag: Çin,Van Yi,Nüvə,Arsenal,Todaypress.az,