Çin XİN rəhbəri: “Pekin Moskvanı tam dəstəkləyir”
“Rusiya ilə Çin arasında strateji tərəfdaşlıq və hərtərəfli əməkdaşlıq münasibətləri beynəlxalq gərginliklərə baxmayaraq sarsılmaz və möhkəmdir. Çin isə Moskvaya tam dəstək verir”.
TodayPress xəbər verir ki, bu barədə Çin Xalq Respublikasının xarici işlər naziri Van Yi “RIA”ya açıqlamasında deyib.
“Rusiya və Çin arasında hərtərəfli tərəfdaşlıq və strateji qarşılıqlı fəaliyyət beynəlxalq çətinliklərdən uğurla keçdi. Bu münasibətlər Tayşan dağı qədər möhkəmdir. Çin, Rusiyanın beynəlxalq aləmdə diplomatik vasitələrlə qanuni hüquq və maraqlarını qorumasını tam anlayır və dəstəkləyir” deyə Van Yi vurğulayıb.
Nazir ABŞ prezidenti Donald Trampın guya Rusiya ilə Çin arasına “nifaq toxumu səpmək istədiyinə” dair mediada yayılan xəbərləri də tənqid edib. Onun sözlərinə görə, bu yanaşma “köhnəlmiş qarşıdurma və blok düşüncəsinin təzahürüdür”.
Xatırladaq ki, Van Yi daha əvvəl Rusiya ilə ABŞ arasında münasibətlərin normallaşması istiqamətində ilk addımların atıldığını demişdi.
Qiymət Mahir
tag: Çin,Rusiya,XİN,Van Yi,Todaypress.az,