Çin XİN: "Tayvan Çinlə birləşməlidir"

Dünya

07.03.2025 12:06

2387

Tayvan Çinlə birləşməlidir və ABŞ-nin Pekini tutmaq üçün adadan istifadə etmək cəhdi uğursuzluğa məhkumdur.   

TodayPress xəbər verir ki, bunu Çinin xarici işlər naziri Van Yi Ümumçin Xalq Nümayəndələri Konqresinin (ÇXR parlamenti) sessiyası çərçivəsində illik mətbuat konfransında bildirib. 

O, Amerikanın Tayvana silah satışının Çin-ABŞ münasibətlərinə xələl gətirdiyini, Tayvan boğazında sabitliyi təhlükə altına atdığını bəyan edib.  Van Yi həmçinin bildirib ki, heç bir ölkə Çinlə münasibətləri pozmağı fikirləşməməlidir.   

Türkan İsgəndərli

tag: Çin,Van Yi,Tayvan,Birləşmə,Todaypress.az,