Çin yaxın zamanda “Tyanqun” stansiyasına pilotlu gəmi göndərəcək
Çin yaxın zamanda milli orbital stansiyası “Tyanqun”a üç taykonavtla (çinli astronavt) “Şençjou-20” pilotlu gəmisini göndərəcək.
TodayPress xəbər verir ki, bu barədə ÇXR-in Pilotlu Kosmik Uçuşlar Proqramı İdarəsi (CMSA) məlumat yayıb.
Gəminin buraxılışı Çinin şimal-qərbində yerləşən Szyutsyuan kosmodromundan “Çançjen-2F” daşıyıcı raketi vasitəsilə həyata keçiriləcək. Raket və gəmi artıq start kompleksinə çatdırılıb. İdarə hələlik buraxılışın dəqiq tarixini və ekipajın tərkibini göstərmir.
Hazırda Çin orbital stansiyasının göyərtəsində taykonavtlar Say Syuçje, Sun Lindun və “Tyanqun” ekipajının tərkibində ilk qadın olan Van Haotsze işləyirlər.
"Şençjou-20” missiyası “Tyanqun” stansiyasına doqquzuncu ekipaj ekspedisiyası olacaq. Orbital laboratoriyaya ilk pilotlu missiya 2021-ci ildə gerçəkləşdirilib
tag: Çin,Tyanqun,Şençjou-20, Pilotlu Gəmi, Lindun, todaypress.az,