Çin yeni telekommunikasiya peykini uğurla orbitə çıxardı

Dünya

10.03.2025 13:31

973

Çin telekommunikasiya texnologiyalarında istifadə edilən sınaq peykini uğurla orbitə buraxıb. 

TodayPress xəbər verir ki, bu barədə “Xinhua” məlumat yayıb.

“Long March-3B” raketdaşıyıcısı “Communication Technology Experimental Satellite №15” peyki ilə birlikdə Çinin Siçuan əyalətində yerləşən Siçan kosmodromundan havaya qalxıb.

Peyk müəyyən olunmuş orbitə uğurla çıxıb və missiya uğurlu elan edilib. Yeni peyk çoxzolaqlı və yüksək sürətli peyk rabitə texnologiyalarının sınaqdan keçirilməsi üçün nəzərdə tutulub.

Pekin milli kosmik proqramını fəal şəkildə inkişaf etdirir və bu çərçivədə meteoroloji, telekommunikasiya və naviqasiya peykləri, həmçinin Ayın tədqiqi üçün texnologiyalar üzərində işləyir.

Dövlət dəstəyi ilə Çinli mütəxəssislər asteroidlər və Marsın araşdırılması üzrə layihələri reallaşdırırlar. Bundan əlavə, Çinin orbitdə fəaliyyət göstərən kosmik stansiyası beynəlxalq əməkdaşlıq üçün də nəzərdə tutulub. Qeyd edək ki, 2024-cü ildə Çin 68 uğurlu kosmik uçuş həyata keçirib.

Qiymət Mahir

tag: Çin,Peyk,Orbit,Kosmos,Todaypress.az,