Çində fabriklər istehsalı dayandırır

Dünya

28.04.2025 16:05

10

ABŞ-nin tətbiq etdiyi yeni gömrük rüsumları səbəbindən bəzi Çin şirkətləri istehsalı müvəqqəti dayandırıb və işçilərin bir hissəsini ixtisar edib.  

TodayPress xəbər verir ki, bu barədə “CNBC” mənbələrə istinadla məlumat yayıb.

Ən çox zərər çəkən sahələr arasında oyuncaqlar, idman malları və ucuz məhsullar istehsal edən fabriklər yer alır. İu və Dunguan şəhərlərində fəaliyyət göstərən əsas ixracat mərkəzlərində istehsalın zəiflədiyi bildirilib.

Çinin idman geyimləri istehsal edən “Woodswool” şirkətinin nümayəndəsi Li Yan bildirib ki, ABŞ-dən gələn bütün sifarişlər ləğv olunub və şirkət fəaliyyətini 2-3 aylıq dayandırmaq qərarına gəlib.

Qiymət Mahir

tag: ABŞ,Gömrük,Rüsum,Çin,Fabrik,todaypress.az,