Çində ilk hava mühərriki uğurla sınaqdan keçirildi

Dünya

26.02.2025 20:00

2527

Çin alimləri dünyada ilk dəfə olaraq aviasiya yanacağı ilə işləyən mühərriki sınaqdan keçiriblər. Bu mühərriklə sürət 16 makh-a qədər artırıla bilər ki, bu da təxminən 20 min kilometr saat sürətə bərabərdir.

TodayPress xəbər verir ki, bu məlumatı “South China Morning Post” yayıb.

Tədqiqatlar Çin Elmlər Akademiyasında aparılıb. Mühərrikin yanacaq yandırma sürəti ənənəvi reaktiv mühərriklərlə müqayisədə 1000 dəfə yüksəkdir.

Mühərrikin işləmə qabiliyyəti isə 6-16 makh arasındadır. Bu xüsusiyyət ənənəvi reaktiv mühərriklər üçün qeyri-mümkündür.

Bundan əlavə, sınaqdan keçirilən mühərrik “detonasiya almazları” yarada bilir. Bu, şok dalğaları tərəfindən törədilən çox sürətli partlayışlardır ki, bunun sayəsində yanma prosesləri mikrosaniyələrdə baş verir.

Alimlər qeyd edirlər ki, şok dalğası yanacaq-hava qarışığını o qədər sıxıb yandırır ki, nəticədə gücləndirilən partlayış frontu yaranır. 

Qiymət Mahir

tag: Çin,Mühərrik,Aviasiya,Yanacaq,Todaypress.az,