Çində sürüşmə: 30-dan çox insan itkin düşdü

Dünya

08.02.2025 17:10

2413

Çinin cənub-qərbində yerləşən Sıçuan əyalətində baş verən torpaq sürüşməsi səbəbindən 10 ev dağılıb, 30-dan çox insan itkin düşüb.

TodayPress xəbər verir ki, bu barədə “Xinhua” məlumat yayıb. 

Hadisə ilə əlaqədar bölgədə geoloji fəlakətlərə qarşı fövqəladə hazırlıq səviyyəsi üçüncü dərəcədən ən yüksək səviyyəyə qaldırılıb. 

Sıçuan əyalətinin geoloji təbii fəlakətlərin qarşısının alınması və nəzarəti üzrə qərargahının məlumatına görə, torpaq sürüşməsi yerli vaxtla saat 11:50-də İbin şəhərinin Cünlyan bölgəsinə bağlı Cinpin kəndində baş verib.

Hadisədən sonra iki nəfər xilas edilib. Axtarış-xilasetmə işləri hazırda davam etdirilir.

Qiymət Mahir

tag: Çin,Sürüşmə,İtkin,Hadisə,Todaypress.az,