Çində yeni nüvə reaktoru inşa olunur
Çinin cənubundakı Quandun vilayətinin Lufen şəhərində yeni enerji layihəsi çərçivəsində daha bir “CAP1000” reaktorunun tikintisinə başlanılıb.
TodayPress xəbər verir ki, bu barədə “China Daily” məlumat yayıb.
Altı reaktorun inşasını nəzərdə tutan layihə Çin Baş Nüvə Enerjisi Korporasiyası (CGN) tərəfindən həyata keçirilir. “CAP1000” “Westinghouse” şirkətinin “AP1000” layihəsinin Çin versiyasıdır. Onun əsas özəlliyi iri modulların zavod şəraitində hazırlanaraq hazır vəziyyətdə qurğu sahəsinə yerləşdirilməsidir. Layihə çərçivəsində 5-ci reaktorun montajına 2022-ci ildə, 6-cısının isə 2023-cü ildə başlanılıb.
Bütün altı reaktor istifadəyə verildikdən sonra layihə illik təxminən 52 milyard kVt/saat elektrik enerjisi istehsal edəcək. Bu da 15,77 milyon ton kömürün yandırılması nəticəsində atmosferə atılan karbon qazı emissiyasının qarşısını almağa imkan verəcək. Birinci reaktorun tikintisi fevralın 24-də başlayıb.
Qiymət Mahir
tag: Dünya,Çin,Nüvə reaktoru,“AP1000” ,todaypress.az,