Çindən Avropaya çağırış

Dünya

11.04.2025 16:39

17

"Avropa Birliyi birtərəfli zorakılığa qarşı çıxmaq üçün Çinlə qüvvələri birləşdirməlidir". 

TodayPress xəbər verir ki, bunu Çin lideri Si Cinpin Pekində səfərdə olan İspaniya Baş naziri Pedro Sançeslə görüşündə deyib. 

Onun sözlərinə görə, onlar beynəlxalq ədaləti, qayda və asayişi qorumaq məqsədilə birgə mübarizə aparmalıdırlar. 

Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp 185 ölkə və ərazinin məhsullarına gömrük rüsumunun tətbiq edilməsi barədə qərar verib. 

Türkan İsgəndərli

tag: Çin,İspaniya,Avropa,Çağırış,Todaypress.az,