Çindən Panamaya sərt reaksiya
Çin Panamanın "Bir kəmər, bir yol" təşəbbüsünün (BRI) birgə həyata keçirilməsinə dair anlaşma memorandumunu ləğv etməsini pisləyən bəyanat yayıb.
TodayPress məlumat verir ki, bu barədə Çinin xarici işlər nazirinin köməkçisi Zao Zyuan məlumat verib.
Nazir köməkçisi Panama-Çin praqmatik əməkdaşlığının dinamik inkişafından bəhs edərək bildirib ki, ABŞ iki ölkənin əlaqələrinə qəsdən ziyan vurub.
"Çin Panamanın suverenliyinə və ərazi bütövlüyünə hörmət edir, bərabərhüquqlu qarşılıqlı fəaliyyətin və öhdəliklərə əməl olunmasının tərəfdarıdır. Çin ABŞ-nin təzyiq və təhdidlər yolu ilə bilərəkdən Çin-Panama münasibətlərini pozmasına, habelə “Bir kəmər, bir yol” təşəbbüsünü gözdən salmağa və sarsıtmağa yönəlmiş hərəkətlərinə qarşıdır” deyə Zyuan vurğulayıb.
Həmçinin O, qeyd edib ki, Çin-Panama münasibətləri heç vaxt heç bir üçüncü tərəfə qarşı yönəlməyib və kənar müdaxilələrə məruz qalmamalıdır.
Eyni zamanda Panamanın ikitərəfli münasibətlərdəki ümumi vəziyyəti və iki dövlətin xalqlarının uzunmüddətli maraqlarını nəzərə alaraq düzgün qərar qəbul edəcəyinə ümid etdiyini bildirib.
Nicat Osman
tag: Panama,Bəyanat,ABŞ,Çin,Todaypress.az,