Çinin animasiya filmi dünya rekordu qırdı

Dünya

18.02.2025 13:20

1870

Çinin “Ne Zha-2” animasiya filmi 2019-cu il Disney istehsalı olan “Aslan Kral”ı geridə qoyaraq dünya üzrə ən çox gəlir gətirən 10 film siyahısına daxil olub.

TodayPress xəbər verir ki, bu barədə “Xinhua” məlumat yayıb.

Göstəricilərə əsasən, filmin dünya üzrə gəliri öncədən satılan biletlər də daxil olmaqla 12,05 milyard yuandan (təxminən 1,67 milyard ABŞ dolları) çox olub.

“Ne Zha-2” həmçinin Çin bazarında 1 milyard dollar gəlir əldə edən ilk film və məşhur “milyard dollarlıq filmlər” klubuna daxil olan ilk qeyri-Hollywood filmi kimi tarixə düşüb.

Qiymət Mahir

tag: Çin,Dünya,Rekord,Cizgi filmi,todaypress.az,