Çinin raket yanacağını daşıyan ilk gəmisi İrana çatdı

Dünya

14.02.2025 18:25

1618

Çindən bərk raket yanacağı istehsalı üçün lazım olan materialları daşıyan iki gəmidən birincisi fevralın 13-də İranın Bəndər Abbas limanına çatıb.

TodayPress xəbər verir ki, bu barədə “CNN” məlumat yayıb. 

Avropa ölkəsindəki iki kəşfiyyat mənbəsi bildirib ki, natrium perkloratla yüklənmiş “Qolbon” gəmisi üç həftə əvvəl Çinin Jiangsu əyalətindəki Taicang limanını tərk edib. 

İranın ikinci gəmisi “Ceyran” hələ də Çindən yüklənib göndərilməyib. Ümumilikdə hər iki gəmi 1000 ton natrium perxlorat daşımalıdır. 

Qeyd edək ki, yük gəmisi İranın ballistik raketlərinin inkişafı ilə əlaqəli olan “Cihad Təşkilatının Satınalma Departamenti” tərəfindən alınıb. 

“CNN” bildirib ki, İran Hərbi Dəniz Qüvvələrinin idarə etdiyi hər iki gəmi ABŞ sanksiyaları altındadır. 

Aysel Mətləb

tag: Çin,Raket,Gəmi,İran,todaypress.az,