Çinin xilasetmə qrupu Myanmaya yola düşdü
Çinin mülki axtarış-xilasetmə qrupu olan “Blue Sky Rescue” komandasının 16 üzvü martın 30-da zəlzələdən zərər çəkmiş Myanmaya yola düşüb.
TodayPress xəbər verir ki, bu barədə “Xinhua” məlumat yayıb.
Komanda bölgədə aparılan xilasetmə işlərinə dəstək verməyi, axtarış, tibbi yardım və digər humanitar fəaliyyətlər həyata keçirməyi planlaşdırır.
Qeyd edək ki, Myanmada baş vermiş 7,7 bal gücündə zəlzələ nəticəsində minlərlə insan həyatını itirib və on minlərlə şəxs zərər çəkib.
Qiymət Mahir
tag: Çin,Yardım,Myanma,Zəlzələ,Dünya,