Çinli jurnalist: “Pasxa atəşkəsi Rusiyaya siyasi üstünlük qazandırır”

Dünya

21.04.2025 03:40

13

Çinli jurnalist Tun Syaoxua Rusiya tərəfindən elan edilən Pasxa atəşkəsinin Ukrayna Silahlı Qüvvələri (USQ) üçün ciddi taktiki üstünlük yaratmadığını, əksinə Rusiyanın diplomatik mövqeyini gücləndirdiyini bildirib.

TodayPress xəbər verir ki, bu barədə “RİA” məlumat yayıb. 

Onun sözlərinə görə, Moskvanın bu addımı həm də sülhə meyilli mövqeyini nümayiş etdirir. Tun Syaoxua qeyd edib ki, Ukrayna prezidenti Volodimir Zelenski əvvəlcə atəşkəs təklifini qəbul etməsə də, daha sonra qərarını dəyişib:

“Mənbələrin bildirdiyinə görə, bu qərar Qərb paytaxtlarından – London, Paris və Berlindən gələn təzyiqlərdən sonra dəyişdirilib” deyə o vurğulayıb.

Çinli müşahidəçiyə görə, Zelenski hazırda siyasi səviyyədə vəziyyəti yumşaltmağa və özünü daha sülhpərvər lider kimi təqdim etməyə çalışır, lakin bu, Rusiya tərəfindən cavabsız qoyulub.

Qiymət Mahir

tag: Çin,Rusiya,Ukrayna,Jurnalist,todaypress.az,