Çinli xilasedicilər bir nəfəri dağıntılar altından sağ çıxardılar

Dünya

30.03.2025 15:50

1343

Çinin Hunan əyalətinə məxsus “Blue Sky Rescue” (BSR) komandasının üzvləri Myanmanın zəlzələdən ən çox zərər görmüş Mandalay şəhərində bir nəfəri sağ vəziyyətdə xilas ediblər.

TodayPress “Xinhua”ya istinadən xəbər verir ki, bu barədə məlumatı Çinin Myanmadakı səfirliyi yayıb.

“Yuelu BSR” komandası yerli yanğınsöndürmə xidməti ilə birgə dağıntılar altında həyat əlamətləri göstərən şəxsi aşkarladıqdan sonra birgə xilasetmə və söküntü işlərinə başlayıb. 

Qiymət Mahir

tag: Çin,Myanma,Hunan,Mandalay,Zəlzələ,todaypress.az,