CNN: Ekvador ABŞ qoşunlarına yol açır

Dünya

29.03.2025 19:57

2204

Ekvador ABŞ qoşunlarının gəlişi üçün zəmin hazırlayır.

TodayPress xəbər verir ki, bu barədə "CNN" məlumat yayıb. 

Bildirilib ki, Ekvador prezidenti Daniel Noboa Azin ABŞ prezidenti Donald Trampı ölkədəki radikal dəstələrlə mübarizəyə kömək etməyə çağırıb.

Adını açıqlamayan Ekvador rəsmisinin sözlərinə görə, sahilyanı Manta şəhərində yeni dəniz obyektinin tikintisi, kazarma tipli yaşayış yerləri və ABŞ-nin hərbi personalını dəstəkləmək üçün nəzərdə tutulmuş inzibati ofislər bu hazırlığın bir hissəsidir. 

Qeyd edək ki, Ekvador prezidenti immiqrasiya, ticarət və təhlükəsizlik sahəsində əməkdaşlıq məsələlərini müzakirə etmək üçün martın 29-da Floridada Trampla görüşməyə hazırlaşır.

Noboa "BBC"yə bildirib ki, o, ABŞ, Braziliya və Avropa ölkələrinin radikal dəstələrə qarşı müharibəyə qoşulmasını istəyir.

Töhfə Səməd

tag: Ekvador ,ABŞ ,Daniel Noboa Azin,Donald Tramp,todaypress.az,