CNN: Putin yayda Ukraynada qələbə gözləyir
“Trampın tərəddüdü Putinə daha da irəliləmək üçün imkan verir”.
TodayPress xəbər verir ki, bu barədə ABŞ-nin “CNN” telekanalı Kremlə yaxın mənbələrə istinadla məlumat yayıb.
Materialda bildirilir ki, Rusiya prezidenti Vladimir Putin yay aylarında Ukrayna münaqişəsində qələbə əldə edəcəyinə ümid edir.
CNN qeyd edir ki, Kremlin mövcud strateji hesablamalarında ABŞ prezidenti Donald Trampın qərarsız və təsirsiz mövqeyi nəzərə alınır. Məqalə müəlliflərinin fikrincə, Putin Trampın “sonda zəif və cəzasızlıqla barışan bir lider” olduğunu düşünür və bu, Moskvanın danışıqlardan yayınaraq hərbi üstünlüyə güvənməsinə səbəb olur.
Qiymət Mahir
tag: Tramp,Putin,Rusiya,CNN,ABŞ,Todaypress.az,