CNN: Tramp administrasiyası Zelenski ilə gizli danışıqlar apardı

Dünya

05.03.2025 17:14

2322

ABŞ prezidenti Donald Trampın nümayəndələri Ukrayna lideri Vladimir Zelenskini danışıqların bərpasına çağırıblar. Tramp administrasiyası həmçinin Ukrayna ilə nadir torpaq metalları üzrə razılaşma elan etməyə ümid edir.

TodayPress xəbər verir ki, bu barədə “CNN” iki mənbəyə istinadən məlumat yayıb.

Bildirilib ki, Oval kabinetdə yaşanan qalmaqaldan sonra Trampın yüksək vəzifəli şəxsləri Zelenski və onun komandası ilə gizli görüşlər keçiriblər.

Mənbələr bildiriblər ki, Trampın nümayəndələri Ağ Evlə münasibətlərin tezliklə sabitləşdirilməsinin vacibliyini vurğulayıb və Ukraynanı rəsmi danışıqları yenidən başlatmağa çağırıblar. “CNN”in mənbələrinə görə, Zelenski ilə əlaqə saxlayanlar arasında Trampın Ukrayna məsələləri üzrə xüsusi nümayəndəsi Kit Kelloq da olub. 

Qiymət Mahir

tag: Tramp,Zelenski,ABŞ,Ukrayna,Üzr,Todaypress.az,