CNN: Tramp Ukraynadan yardım əvəzinə mineral ehtiyatlar istəyir
ABŞ Prezidenti Donald Tramp Ukraynaya gələcək hərbi yardımın təmin edilməsi üçün Kiyevdən ölkənin mineral ehtiyatlarına çıxış tələb etdiyini bildirib.
TodayPress xəbər verir ki, bu barədə “CNN” məlumat yayıb.
Açıqlama Trampın Ukrayna müharibəsinə müqavilə əsaslı yanaşmasını vurğulasa da, gözlənilməz deyil. Çünki ABŞ və digər Qərb ölkələri uzun müddətdir Ukraynanın zəngin yeraltı sərvətlərinə maraq göstərir.
“Yüz milyardlarla dollar sərmayə qoyuruq. Onlarda böyük nadir torpaq elementləri var. Bu ehtiyatların təhlükəsizliyini istəyirəm və buna razıdırlar” Tramp fevralın 3-də Ağ Evdə jurnalistlərə açıqlamasında deyib. Lakin o, Ukraynanın konkret olaraq nəyə razılıq verdiyini açıqlamayıb.
Nəşr qeyd edib ki, Tramp Ukraynadan konkret nələr tələb etdiyini açıqlamasa da, Vaşinqton və Kiyev arasında mineral ehtiyatlar sahəsində daha dərin əməkdaşlığı nəzərdə tutan razılaşma onun vəzifəyə başlamasından əvvəl müzakirə olunurdu.
Qiymət Mahir
tag: Tramp,Ukrayna,ABŞ,todaypress.az,