Ço Tae-yul: "Rusiya və Şimali Koreya arasındakı saziş gözlənilməz oldu"

Dünya

16.02.2025 12:20

1332

“Cənubi Koreya hökuməti Rusiya və Şimali Koreya arasında yeni qarşılıqlı müdafiə sazişinin imzalanacağını gözləmirdi”. 

TodayPress xəbər verir ki, bunu Cənubi Koreyanın xarici işlər naziri Ço Tae-yul  Münhen Təhlükəsizlik Konfransı çərçivəsində jurnalistlərə açıqlamasında deyib.

“Keçən ilin iyununda Vladimir Putin Pxenyana səfər edərək Rusiya və Şimali Koreya arasında təhlükəsizlik sazişi imzalamağa hazırlaşanda onun reallaşacağını gözləmirdik, lakin baş verdi" deyə diplomat bildirib.

O vurğulayıb ki, razılaşma təkcə Seul və Tokio üçün deyil, bütövlükdə beynəlxalq ictimaiyyət üçün təhlükə yaradır.

Nazir Cənubi Koreyanın Kiyevə maliyyə dəstəyini davam etdirəcəyini qeyd edib. Onun sözlərinə görə, bu addım eskalasiyaya səbəb olmur, əksinə, Avropa ölkələrinin müdafiə sənayesini gücləndirir.

Qiymət Mahir

tag: Cənubi Koreya,Rusiya,Şimali Koreya,Ço Tae-yul ,todaypress.az,